Azərbaycanın COP29 sədrliyi Bonnda əsas danışıq qruplarının rəhbərləri ilə görüş keçirib - FOTO

Azərbaycanın COP29 sədrliyi Bonnda əsas danışıq qruplarının rəhbərləri ilə görüş keçirib - FOTO

Hazırda oxunan: Azərbaycanın COP29 sədrliyi Bonnda əsas danışıq qruplarının rəhbərləri ilə görüş keçirib - FOTO

196101

İyunun 6-da Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29 sədrliyi danışıq qruplarının rəhbərləri, həmçinin Türkiyə və Rusiya ilə görüş keçiriblər. Görüşdə G77, Avropa İttifaqı, “Umbrella Group” və Az İnkişaf etmiş Ölkələr (LDC) kimi əsas danışıq qruplarının nümayəndələri iştirak ediblər.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycanın COP29 gündəliyində duran məsələlər üzrə müzakirələrə qatılıb.

Tədbirin əsas müzakirə mövzuları arasında iqlim maliyyəsi yer alıb və əsas diqqət inkişaf etməkdə olan ölkələrə öz iqlim məqsədlərinə çatmaq üçün maliyyə dəstəyinin genişləndirilməsinə yönəldilib.

Tərəflər iqlim dəyişmələrinə uyğunlaşma və təsirlərin azaldılması səylərini dəstəkləmək üçün iqlim maliyyəsi vədlərini yerinə yetirməyin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin ölkələr tərəfindən milli səviyyədə müəyyən olunmuş töhfələr (NDC) sənədinin yenilənməsinin və yerinə yetirilməsinin zərurəti xüsusi qeyd edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO