Spiker: “COP29-a ev sahibliyi etməyimiz iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyi təşviq edəcək”

Spiker: “COP29-a ev sahibliyi etməyimiz iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyi təşviq edəcək”

Hazırda oxunan: Spiker: “COP29-a ev sahibliyi etməyimiz iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyi təşviq edəcək”

196040

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 13-cü plenar iclasında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsindən danışıb.

Bizim.Media xəbər verir ki, Sahibə Qafarovanın sözlərinə görə Azərbaycanın bu mühüm beynəlxalq tədbirə ev sahibliyi edən ölkə kimi yekdilliklə seçilməsi ölkənin iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir.

Noyabr ayında Bakıda keçiriləcək bu tədbirdə Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyin təşviqinə, gələcəyimiz naminə bütün tərəfləri ümumi məqsəd ətrafında birləşdirməyə çalışacağını bildirən spiker Sahibə Qafarova xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Toplantısı da keçiriləcək. Onun sözlərinə görə, bu toplantı iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərin oynaya biləcəyi rola və ata biləcəyi addımlara dair fikir mübadiləsi aparmağa imkan verəcək.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO