Qarabağda hərbi cinayətlərin araşdırılması üçün iki ölkə - Azərbaycan və Türkiyə arasında birgə komissiya yaradılıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiti Hulusi Kılıç deyib.
O qeyd erdib ki, yaradılan komissiyada 30-dan çox ölkənin nümayəndəsi iştirak edir və yaxın günlərdə araşdırmalara start veriləcək:
"Komissiya Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təklifi, Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin baş direktoru, professor Bayram Altanın təşəbbüsü ilə yaradılıb. Burada 30 ölkədən nümayəndlər var ki, mən də həmin şəxslərdən biriyəm. Komissiyanın məqsədi 44 günlük Vətən müharibəsi dövründə işğalçı ermənilərin qardaş Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərin araşdırılmasıdır.
Bildiyimiz kimi müharibə dövründə erməni silahlı qüvvələri Gəncə və Bərdəyə istifadəsi qadağan olunan raketlər atıb, mülki əhaliyə qarşı qətliam həyata keçiriblər. Araşdrımalarımız məhz bu yöndə olacaq. Məqsədimiz Ermənistanın faşizm siyasətini bütün dünyaya göstərməkdir".
Hulusi Kılıç əlavə edib ki, komissiyanın fəaliyyətində həmçinin elm adamları və din xadimlərinin də iştirakı nəzərdə tutulub:
"Onlar Qarabağ bölgəsində məscidlərə və abidələrə dəymiş ziyanı araşdıracaqlar". (trend)
- A-
- A
- A+
Siyasət
11:52 / 30.04.2021
Beynəlxalq komissiya Ermənistanın hərbi cinayətlərini araşdıracaq
Hazırda oxunan: Beynəlxalq komissiya Ermənistanın hərbi cinayətlərini araşdıracaq
Hazırda oxunan: Beynəlxalq komissiya Ermənistanın hərbi cinayətlərini araşdıracaq
19603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.