“Türk dövlətlərinin arasına nifaq toxumu səpmək istəyənlərə qarşı birləşəcəyik”- Zorlu Törə

“Türk dövlətlərinin arasına nifaq toxumu səpmək istəyənlərə qarşı birləşəcəyik”- Zorlu Törə

Hazırda oxunan: “Türk dövlətlərinin arasına nifaq toxumu səpmək istəyənlərə qarşı birləşəcəyik”- Zorlu Törə

196025

“Şimali Kipr şəhidlərimizin ruhu ilə quruldu. Azərbaycan da eynilə bizim kimi çox sayda qurbanlar verib”.

Bizim.Media xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Törə TÜRKPA-nın 13-cü Plenar İclasında deyib.

O, qeyd edib ki, müstəqillik uğrunda çoxsaylı qurbanlar verən ölkələr arasında bağlılıq var:

“Birliyimiz sarsılmaz olmalıdır. Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Türk dövlətlərinin arasına nifaq toxumu səpmək istəyənlərə qarşı birləşəcəyik. Hazırda Milli Məclisdə Şimali Kipr Parlamenti ilə dostluq qrupu var. Biz digər türk dövlətlərinin də Şimali Kiprlə əməkdaşlıq etməsini gözləyirik. Türk Dövlətləri Təşkilatının bütün tədbirlərində iştirak edirik. Bizim ölkəmizi hazırda nə BMT, nə də Avropa İttifaqı üzvlüyə qəbul edir. Belə olarsa, bizim üzərimizdəki təzyiqlərin də azalacağına inanırıq. Hesab edirik ki, regionda bir dövlət olmalı, Kipr birləşməlidir. Ətraf mühitlə əlaqədar olaraq isə onu deyə bilərəm ki, ətraf mühit dünyadakı imperialistlər tərəfindən bilərəkdən çirkləndirilir. BMT və super dövlətlərin bu istiqamətdə davranışları bizə örnək olmalıdır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO