Bakıda TÜRKPA çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirildi – FOTO

Bakıda TÜRKPA çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirildi – FOTO

Hazırda oxunan: Bakıda TÜRKPA çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirildi – FOTO

195968

İyunun 6-da Bakıda TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev Bakıda keçirilən TÜRKPA-nın 13-cü Plenar iclasının yeni reallığın yarandığı tarixi dövrə təsadüf etdiyini deyib.

O bildirib ki, Vətən müharibəsi və ötən ilin sentyabrında ölkəmizin ərazisində aparılmış antiterror tədbirləri nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalından azad edərək tarixi Zəfərə imza atıb və beləliklə, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Vaxtilə işğalçılar tərəfindən viran qoyulmuş həmin ərazilərdə hazırda genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri həyata keçirilib. Diqqətə çatdırılıb ki, bu gün TÜRKPA həm üzv və tərəfdaş dövlətlər, həm də onların hüdudlarından kənarda böyük nüfuza malikdir. Dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqu təşviq edir, parlament diplomatiyası institutunun inkişafında mühüm rol oynayır. Təşkilatın təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlər, qəbul olunmuş qərarlar, həyata keçirilən fəal parlament diplomatiyası və bütövlükdə əldə olunan nəticələr onu deməyə əsas verir ki, TÜRKPA nəinki Türk dünyasında, həmçinin daha geniş anlamda müasir beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaqdadır.

F.Hacıyev, eyni zamanda, bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini söyləyib. Deyib ki, COP29 çərçivəsində dünya ölkələrindən yüzlərlə parlamentarinin iştirakı ilə parlament konfrans təşkil olunacaq.

Görüşdə “TÜRKPA çərçivəsində parlamentlərin Aparat rəhbərləri arasında əməkdaşlığın perspektivləri” mövzusunda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Qazaxıstan Respublikası Parlamenti Məclisinin Aparat rəhbəri Renat Aytayev, Qırğız Respublikası Joqorku Keneşinin Aparat rəhbəri Alaybek Alimbayev, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun mövzu ilə bağlı fikirlərini bölüşüb, parlamentlərarası təcrübə mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu istiqamətdə məlumat mübadiləsinin aparılması, müxtəlif sərgilərin təşkili, birgə idman yarışlarının keçirilməsi, eyni zamanda, mətbuat xidmətlərinin birgə fəaliyyəti olduqca vacibdir.

Diqqətə çatdırılıb ki, TÜRKPA çərçivəsində əsas perspektivlərin həyata keçirilməsi üçün əməkdaşlıq sahələri müəyyənləşdirilməlidir. Təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə danışıqlar aparılmalı, nəticələr əldə edilməlidir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO