Qırğızıstanlı deputatlar Füzuliyə getdi - FOTO

Qırğızıstanlı deputatlar Füzuliyə getdi - FOTO

Hazırda oxunan: Qırğızıstanlı deputatlar Füzuliyə getdi - FOTO

195797

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin (Parlament) sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 5-də Füzuli rayonuna gəlib.

Bizim.Media xəbər verir ki, qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzuli şəhərində törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Qonaqları Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər müşayiət edirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO