Salome Zurabişvili: “İnanıram ki, Gürcüstan-Azərbaycan arasında tərəfdaşlıq daha da möhkəmlənəcək”

Salome Zurabişvili: “İnanıram ki, Gürcüstan-Azərbaycan arasında tərəfdaşlıq daha da möhkəmlənəcək”

Hazırda oxunan: Salome Zurabişvili: “İnanıram ki, Gürcüstan-Azərbaycan arasında tərəfdaşlıq daha da möhkəmlənəcək”

195712

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu tarix Azərbaycan xalqının müasir, güclü və inkişaf etmiş dövlətin formalaşmasına gətirib çıxaran müstəqillik və suverenlik yolunda əzmkarlığını və sarsılmaz ruhunu əyani şəkildə nümayiş etdirir.

Qəti şəkildə inanıram ki, biz birgə səylərimiz sayəsində Gürcüstan ilə Azərbaycan arasında dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyik və beləliklə, firavanlığın, sabitliyin gücləndirilməsinə, regionun inkişafına təkan verilməsində ölkələrimizin rolunu artıracağıq.

Zati-aliləri, Sizə bir daha dərin hörmətimi bildirir, ölkənizə xidmət işində uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO