Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində müzakirələr aparılıb - FOTO

Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində müzakirələr aparılıb - FOTO

Hazırda oxunan: Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində müzakirələr aparılıb - FOTO

195707

Energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə görüşdə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun gündəliyindəki mövzulara dair səmərəli müzakirələr apardıq. Avropanın enerji və iqlim hədəfləri müstəvisində qaza tələbat, Azərbaycandan qaz tədarükü və Xəzərdən Avropaya “yaşıl enerji” axınının perspektivləri, "yaşıl enerji" dəhlizi layihəsi üzrə əməkdaşlıqla bağlı məsələləri dəyərləndirdik”, - deyə nazir qeyd edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO