Rəsmi Ankara Bakı-İrəvan sülh danışıqlarında irəliləyişi alqışlayır və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində bildirib.
Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.
O, həmçinin deyib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür:
“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri ölkələrarası əməkdaşlığın inkişafına ciddi töhfə verib. Türkmənistanın təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:57 / 04.06.2024
Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciət etdi
Hazırda oxunan: Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciət etdi
Hazırda oxunan: Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciət etdi
195594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.