İranda Azərbaycana qarşı bakteroloji hücum hazırlanır - Erməni mərkəzlərinin GİZLİ PLANI 

İranda Azərbaycana qarşı bakteroloji hücum hazırlanır - Erməni mərkəzlərinin GİZLİ PLANI 

Hazırda oxunan: İranda Azərbaycana qarşı bakteroloji hücum hazırlanır - Erməni mərkəzlərinin GİZLİ PLANI 

19527

Bir müddətdir ki, mətbuatda İran İslam Respublikasının ərazisində erməni terror qruplaşmalarının hazırlanması barədə mətbuatda xəbərlər dolaşır.

Bəzi mənbələrin verdiyi məlumatlara görə, 44 günlük müharibə zamanı Azərbaycan ərazisində vuruşan muzdlu terrorçular, ASALA, PKK/YPG nümayəndələri sakitcə İran ərazilərini sığınıblar.

İsfahanda, Kəleybərdə gizli mərkəzlər quraraq yeni təxribat planları hazırlayırlar.

Əslində İran ərazisi 44 günlük müharibədən öncə və müharibə zamanı da erməni yaraqlıları üçün qadağasız zona olub. Bu ölkədə Azərbaycana qarşı hazırlanan erməni terror dəstəli haqda kifayət qədər fakt da məlumdur.

44 günlük müharibə zmaanı İran ərazisindən ermənilərə ötürülən silah-sürsat qalmaqalı da hələ unudulmayıb.

Bizim.Media məsələ ilə bağlı politoloq Rövşən Novruzoğlunun fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu terrorçuların hazırlanmasında İranda fəaliyyət göstərən “Papazyan” təşkilatı xüsusi fəallıq göstərir:

“Papazyan özü Erməni təşkilatının lideridir. Bundan başqa o, İranda olan erməni disaporuna da başçılıq edir. Bunların əsas dayaq nöqtəsi İsfahan şəhərindədir. Papazyan İran parlamentinə üzv olmağa çalışsa da, bunu edə bilmədi. İranda olan erməni diasporu terroçuların hazırlanmasında maraqlıdır”.

Politoloq, İranla Ermənistan arasında olan əməkdaşlıqlarının hələ işğal zamanı müxtəlif sahələrdə, baktereoloji silahların hazırlanmasında da olduğunu qeyd edib.

Söhbət əsnasında R.Novruzoğlu bildirib ki, ermənilər işğal dövründə Qarabağ ərazisində İran alimləri ilə birgə nüvə tədqiqatı araşdırma mərkəzi də qurub:

“Bir müddət keçdikdən sonra bu mərkəz bakterioloji tədqiqatlar aparan bir laboratoriyaya çevrilib. Həmin ərazidə Azərbaycana qarşı bakterioloji və kimyəvi terror hazırlaya biləcək qüvvələr peyda olub. Bunların dayaq nöqtəsi Kəleybər olub. Qeyd edim ki, bu ərazidə İranın ən güclü tədqiqat mərkəzlərindən biri yerləşir”.

Politoloq ermənilərin Azərbaycana qarşı baktereoloji silahlardan istifadə edərək, təxribat törətmək ehtimalından da danışıb:

“Bu terror qruplaşmalarından Azərbaycana qarşı hər gün təxribatlar həyata keçirilə bilər. Biz isə bu məsələlərdə ayıq olub onlara zəif dövlət olduqlarını nümayiş etdirməliyik. 44 günlük müharibə dövründə də o ərazilərdən döyüşlərə terrorçu qruplaşmalar qoşulurdu. Biz İranla hər zaman terrorçuluğa qarşı mübarizədə bir olmuşuq. Lakin təəssüf ki, son zamanlar bu birlik görünmür və Azərbaycana qarşı təxribatçı addımlar atılır.

Zamanında Qarabağa investisiya qoyanlar indi bu terror təşkilatlarını maliyələşdirirlər. İran ərazisində yaşayan Ağayan adlı erməni mətbuatada çıxış edərək bildirib ki, biz Azərbaycana elə bir dərs verəcəyik ki, o sakit olacaq. Bəzi məlumatlara görə ermənilər baktereoloji silahlardan istifadə etmək niyyətindədirlər. Bu qüvvələrə İran hakimiyyətində olan gizli qüvvələr himayədarlıq edib dəstək verir. Bütün bu proseslər ciddi şəkildə araşdırılmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO