Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində görüş keçirilib.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov və Qırğız Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Amanbai Matisakov hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra qırğızıstanlı nümayəndə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini ziyarət edib, burada yaradılan şəraitlə tanış olaraq hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:48 / 01.06.2024
Azərbaycan-Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
Hazırda oxunan: Azərbaycan-Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
Hazırda oxunan: Azərbaycan-Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
195216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.