Superdövlətlər erasının SONU – Dünyanı “superailələr” idarə edir? – MARAQLI DETALLAR

Superdövlətlər erasının SONU – Dünyanı “superailələr” idarə edir? – MARAQLI DETALLAR

Hazırda oxunan: Superdövlətlər erasının SONU – Dünyanı “superailələr” idarə edir? – MARAQLI DETALLAR

195021

“Son zamanlar belə bir fikir formalaşıb ki, dünyanı artıq superdövlətlər yox, superailələr idarə edir. Bu fikir də boş-boşuna ortaya atılmayıb. Bunun obyektiv səbəbləri var”. 

Bunu Bizim.Media ilə söhbətində politoloq Cümşüd Nuriyev deyib. O qeyd edib ki, hər 30-40 ildən bir yeni dünya düzəni formalaşır:

“Nə qədər ki, SSRİ və ABŞ kimi iki supergüc vardı, dünya iki qütblü idi. SSRİ dağılandan sonra dünya bir qütblü oldu. Artıq 30 ildir ki, dünyada əsas söz sahibi ABŞ-dır.

İndi yenidən çoxqütblü dünya yaratmaq üçün bəzi dövlətlər ortaya düşüb. Hələliksə, ABŞ vahid gücdür. 

Amerika dünyada tək supergüc olduğu üçün superailələr metoduna da keçilir. Dünyada “300-lər komitəsi” deyilən bir institut var. Bu institutsa dünyanın ən imkanlı ailələrin olduğu bir qurumdur. Dünyanın müxtəlif ölkələrində yaşasalar da, həmin superailələr dünyanın idarəolunmasında yaxından iştirak edir. Heç kimə sirr deyil ki, amerikalılar dünyanı dollarla, ingilislərsə dilləri ilə idarə edirlər. 

Bundan əlavə Hindistanda kastalar var. Ümumilikdə, Hindistan 5 kastaya bölünüb. Ən yüksək kasta sinxlərdir. Bu kastaların nümayəndələri digər insanları adam yerinə belə qoymurlar. Onlar hesab edir ki, əksər insanların daimi evləri olmamalıdır. Guya ki, bu qədim hind fəlsəfəsindən qaynaqlanır. Amma hələki, varlı hindlilər ancaq öz ölkələrində hökm edə bilirlər”. 

Həmsöhbətimiz əlavə edib ki, dünyaya hökm edən superailələr əsasən ABŞ-dadır:

“Amerikada belə bir deyim var: “Prezidenti çay kənarında seçirlər”.


Bu da o deməkdir ki, ta qədimdən amerikalı milyonerlər bir qayda olaraq bazar günləri çaya balıq tutmağa gedirlərmiş. Əslində bu balıq tutmaq həvəsi ilə bağlı bir iş deyildi. Sadəcə, milyonerlər istirahət etməklə yanaşı ölkənin və dünyanın qlobal problemlərini müzakirə edirlərmiş. Hətta ABŞ-da növbəti prezident kim olacağını da orada müəyyənləşdirirlərmiş. Bu da o deməkdir ki,  superailələrin dünyanın və yaxud hansısa ölkənin idarə olunmasında iştirakı hər zaman olub. 

İndi də yeni dünya düzəni formalaşır. Bu formalaşma prosesində isə superdövlətlər yox, superailələr əsas rol oynayır. Əslində superailələr transmilli şirkətlərdir. Transmilli şirkətlərin sahibi olan ailələr də dünya dövlətlərinə və xalqlarına dövlət başçılarından daha çox və praktik təsir imkanına malikdir. 
Məsələn, Co Baydenin hansısa qərarının digər ölkələri heç bir təsir imkanı olmaya bilər. Amma Bil Qeytsin, İlon Maskın və digərlərin istənilən qərarı hər birimizin həyatına müəyyən təsirə malikdir. Bir növ biz hamımız həmin superailələrin qərarları ilə idarə olunuruq. Ona görə də superailələrin dünyanın idarəolunmasındakı iştirakı danılmaz faktdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO