Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov və mədəniyyat naziri Əbülfəs Qarayevin Şuşadan videosu yayılıb.
Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, onlar Ankara və Bursadan gələn Türkiyə nümayəndə heyəti ilə Cıdır düzündə gəzərək söhbət ediblər.
Söhbət əsnasında Elmar Məmmədyarov nazir kimi tanıdılmasına “keçmiş, keçmiş nazir, mən tarixdə qalmışam” deyərək reaksiya verib. Türkiyəli qonaqlardan biri isə Məmmədyarovun bu fikrinə “olsun, sizin də əməyiniz böyükdür” şərhini verib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli görüntülü zəng vasitəsilə professor, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Erenle danışıb. Bədəlbəyli ilə Eren arasında maraqlı dialoq yaranıb. Daha sonra nümayəndə heyəti Şuşanı çox bəyəndiklərini, gördükləri qonaqpərvərlik və mehriban davranışdan məmnun qaldıqlarını bildiriblər. Sonda Səxavət Ələsgərli qonaqlar üçün milli musiqimizdən olan “Anadır arzulara hər zaman Qarabağ” mahnısı oxuyub. Qardaş ölkənin nümayəndə heyəti Ələsgərlinin ifasını alqışlarla müşayiət edib.
Bizim.Media