Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.
Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirməyi davam etdirmək əzmindədir. İkitərəfli müsbət əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərlə bağlı birgə səylərimizlə daha da möhkəmlənir. Həmçinin Kanada demokratik inkişaf və rifah kimi dəyərlərin Cənubi Qafqazda sülhü möhkəmləndirəcəyinə qəti şəkildə inanır.
Kanada bu ilin sonunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır.
Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:30 / 30.05.2024
General-Qubernator: “Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə hazırdır”
Hazırda oxunan: General-Qubernator: “Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə hazırdır”
Hazırda oxunan: General-Qubernator: “Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə hazırdır”
194951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.