“Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün xüsusi önəm daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Fransız Polineziyasının nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının Baş katibi Viktor Maamaatuaiahutaru mayın 30-da Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.
Fransanın beynəlxalq hüquqa, qətnamələrə riayət etmədiyini vurğulayan qonaq bildirib ki, bəzi məsələlərin yolunu tək tapmaq olmur. O, bu səbəbdən Azərbaycanla, Bakı Təşəbbüs Qrupu ilə dialoqa başladıqlarını deyib:
"Konfransda elə mövzulardan danışıldı ki, Azərbaycan artıq bu məsələlərin həllini tapıb. Ölkənizə Azərbaycan tərəfinin fikirlərini eşitməyə, təkliflərini dinləməyə və fikir mübadiləsi aparmağa gəlmişik. Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir və buna görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bizə öz fikirlərimizi səsləndirməyə və səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaratdığınıza görə bir daha minnətdarıq”, - deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:46 / 30.05.2024
Polineziya rəsmisi: “Azərbaycanın təcrübəsi bizim üçün xüsusi önəm daşıyır”
Hazırda oxunan: Polineziya rəsmisi: “Azərbaycanın təcrübəsi bizim üçün xüsusi önəm daşıyır”
Hazırda oxunan: Polineziya rəsmisi: “Azərbaycanın təcrübəsi bizim üçün xüsusi önəm daşıyır”
194925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.