Xalça Muzeyinin direktoru təyin olunan Əminə Məlikova KİMDİR? – DOSYE

Xalça Muzeyinin direktoru təyin olunan Əminə Məlikova KİMDİR? – DOSYE

Hazırda oxunan: Xalça Muzeyinin direktoru təyin olunan Əminə Məlikova KİMDİR? – DOSYE

194842

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əminə Zakir qızı Məlikova Azərbaycan Milli Xalça Muzeyinin direktoru təyin olunub.

Bizim.Media Əminə Məlikovanın dosyesini təqdim edir:

 

MÖVZU İLƏ BAĞLI:

Əminə Məlikova Xalça Muzeyinə direktor təyin olundu



Əminə Məlikova 23 noyabr 1977-ci ildə Bakıda anadan olub.

İxtisasca iqtisadçı və sənətşünasdır. O, 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilini başa vurub. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Neft mövzusu dünya müasir incəsənətində" mövzusunda sənətşünaslıq üzrə dissertasiya müdafiə edib.

Əminə Məlikova 2009-2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrini icra edib. 2018-ci ilin dekabrından "İçərişəhər" Muzey Mərkəzinin direktoru vəzifəsində çalışıb. 

2023-cü ildən etibarən Heydər Əliyev Mərkəzi Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru vəzifəsini icra edib.

"Azərbaycan Kəlağayı" və "Butalı" milli brendlərinin təsisçisidir.

2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2016-2019-cu illərdə ICOM Azərbaycan Milli Komitəsinin katibi olub, 2019-cu ildən isə ICOM Azərbaycan Milli Komitəsinin idarə heyətinin üzvüdür.

Əminə Məlikova sənətşünaslıq üzrə fəlsəfə doktorudur. O, 2017-ci ildən Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO