Türkiyə mətbuatı İlham Əliyevin Xocalıya səfərindən yazdı – FOTO  

Türkiyə mətbuatı İlham Əliyevin Xocalıya səfərindən yazdı – FOTO  

Hazırda oxunan: Türkiyə mətbuatı İlham Əliyevin Xocalıya səfərindən yazdı – FOTO  

194691

Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalıya səfəri Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Anadolu agentliyi, “TRT” televiziyası, “Milliyet”, “Sözcü”, “Star”, “Yeni Şafak” qəzetləri, “Haberler.com” və digər onlayn media qurumları dövlət başçısının səfərinə diqqət ayırıblar. 

“Əliyev Xocalıya səfər etdi!”, “Azərbaycan bir daha belə acı yaşamayacaq”, “Ermənilərin soyqırımı törətdiyi Xocalıya azərbaycanlı ailələrin köçürülməsinə başlanıldı”, “Azərbaycan Prezidenti Xocalıda Ermənistana səsləndi”, “Əliyev xəbərdarlıq etdi: Ərazi iddiaları ilə bağlı yeni cəhdləri izləyirik”, “İşğaldan azad edilən Xocalıda yeni dövr: Azərbaycan ailələri qayıdırlar” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin Müstəqillik Gününü işğaldan azad edilən ərazilərdə, bu bölgələrə qayıdan keçmiş məcburi köçkünlərlə birlikdə qeyd etdiyi vurğulanır. 

Xəbərlərdə Azərbaycanın işğaldan azad edilən ərazilərinin yenidən qurulması və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları üçün həyata keçirilən Böyük Qayıdış proqramı haqqında məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri, icra olunacaq yeni layihələr, o cümlədən əsaslı təmir edilən yaşayış kompleksi ilə tanış olublar. Dövlət başçısı və birinci xanım Xocalıya ilk qayıdan 20 ailəyə mənzillərin açarlarını təqdim ediblər. Yazılarda dövlət başçısının Xocalıda həyata keçirilən işlər, o cümlədən yeni yaşayış binalarının inşası, fevralın 26-da Xocalıda xocalılılarla birlikdə təməli qoyulan Xocalı Memorial Kompleksinin yaradılması barədə fikirləri diqqətə çatdırılıb. 

Məqalələrdə Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlərə istinad edilərək hər şeyin vaxtının olduğu, bizim doğma torpaqlarımıza qayıtmağımız, həm Vətən müharibəsi, həm də antiterror əməliyyatının xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etməsi barədə fikirlərinə xüsusi yer verilib. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikirləri xüsusi vurğulanıb: “Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək.

Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”. 

Yazılarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində bir çox ərazilər kimi, Xocalı da işğaldan azad edilərək əzəli sahiblərinə qaytarılıb. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO