Fransanın əsarətində olan Polineziyanın rəsmiləri Azərbaycana gəldi - FOTO

Fransanın əsarətində olan Polineziyanın rəsmiləri Azərbaycana gəldi - FOTO

Hazırda oxunan: Fransanın əsarətində olan Polineziyanın rəsmiləri Azərbaycana gəldi - FOTO

194606

Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyətinin mayın 29-da Azərbaycana səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, dördgünlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir. Bu xüsusda, Milli Məclis, eləcə də digər dövlət və özəl qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans təşkil olunacaq.

Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış əməkdaşlıq haqqında sazişin müddəalarına uyğun olaraq təşkil olunur.

Qeyd edək ki, “Tavını” partiyası uzun illərdir Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq müstəqillik qazanması uğrunda mübarizə aparır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO