Aİ Nümayəndəliyindən Azərbaycanla bağlı AÇIQLAMA:

Aİ Nümayəndəliyindən Azərbaycanla bağlı AÇIQLAMA: "Tərəfdaşlığı yüksək qiymətləndiririk"

Hazırda oxunan: Aİ Nümayəndəliyindən Azərbaycanla bağlı AÇIQLAMA: "Tərəfdaşlığı yüksək qiymətləndiririk"

194492

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ nümayəndəliyinin “Facebook” sosial şəbəkəsində paylaşım edilib.

“Aİ Nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir! Aİ Azərbaycanla olan stabillik, rifah və qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönələn, eləcə də vətəndaşlarımızın rifahı naminə üzləşdiyimiz problemləri həll etməyə çalışan tərəfdaşlığı yüksək qiymətləndirir.
Azərbaycanın ev sahibliyi edəcəyi və Bakıda keçiriləcək COP29, iqlim fəaliyyəti və “yaşıl keçid” sahəsində əməkdaşlıq üçün əlverişli imkan yaradır. Biz Azərbaycana və onun xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq”, - paylaşımda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO