Türkiyə Milli Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

Türkiyə Milli Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

Hazırda oxunan: Türkiyə Milli Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

194435

Türkiyə Milli Təhlükəsizlik Şurasının mayın 28-də keçiriləcək toplantısında Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunacaq.

Bizim.Media xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, toplantıda İraqın şimalında terror ünsürlərinin məhv edilməsi istiqamətində antiterror əməliyyatının davam etməsi, Suriyanın şimalında PKK/YPG terror qruplaşmasının qanunsuz seçkilərə hazırlıqlara qarşı görüləcək tədbirlər və onun bölgədə işğal etdiyi yerlərdə özünü legitimləşdirmə cəhdləri müzakirə olunacaq.
Fələstin-İsrail müharibəsi, Fələstini tanıyan dövlətlərin sayının artmasına hazırlıq kimi məsələlərdən də bəhs ediləcək.

Şuranın iclasında digər regional və beynəlxalq məsələlər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, İranda baş verənlər və Yunanıstanla münasibətlər də müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO