Prezident: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı COP29 missiyamızın ruhunu əks etdirir

Prezident: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı COP29 missiyamızın ruhunu əks etdirir

Hazırda oxunan: Prezident: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı COP29 missiyamızın ruhunu əks etdirir

194408

“Azərbaycan COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək”.

Bizim.Media xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

“Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır”, - deyə dövlətimizin başçısının müraciətində qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO