Ermənilərin terrorçu mahiyyəti təkcə Azərbaycana deyil, bütün Avropa və ABŞ üçün təhdiddir. Hətta onlar bəzi islam təşkilatlarının adından istifadə edərək, törətdikləri terroru, cinayəti başqalarının adına çıxmaqla, dünyada çaxnaşma, islamafobiya yaradırlar. Bu dəqiqə erməni varvarlarının əsas məqsədi dünyada türklərə və islama qarşı nifrət oyatmaqdır.
Bu barədə eskpert Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında deyib. Onun sözlərinə görə, ermənilər hər zaman terrordan siyasi məqsədlərinə çatmaq üçün istifadə edirlər:
“Onlar bu siyasətlə 19-cu əsrin 70-ci illərində məşğul olmağa başlayıblar. İlk siyasi partiyaları “Daşnaktsutyun” olub. Həmin partiyanın sırf terrorla məşğul olan hərbi qolu olub. Bu terror təşkilatına isə erməni kilsəsi dəstək verib”.
20-ci əsrin əvvəlində Qafqazda Rusiya imperiyasının canişinlərinə və məmurlarına qarşı böyük terror dalğası cərəyan edirdi. Eskpert Fərhad Məmmədov deyir ki, o zamanlar terrorda istifadə olunan silahlar erməni kilsələrindən çıxırdı:
“1904-cü ildə Rusiya və Qafqazda erməni kilsələrinin yaradılmasına müəyyən məhdudiyyətlər qoyuldu. O zamandan terror ermənilərin siyasi ənənəsinə çevrildi”.
Artıq 1960-70- ci illərdə ermənilərin 4 terror təşkilatı vardı. Bunlardan ən məşhuru “ASALA” idi. Eyni zamanda Rusiya metrosunda baş verən terror aktını da onların törətdiyi sübut olunmuşdu. Daha sonra 1990-ci illərin əvvələrində erməni terror qruplaşmaları fərqli bölgələrdə ABŞ-da və Yaxın Şərqdə fəaliyyət göstərməyə başladılar.
1990-ci illərdə ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarından danışan ekspert 2000-dən çox insanın bu şərin qurbanı olduğunu bildirdi:
“Ermənilər terrordan mənafeləri üçün öz xalqına qarşı da istifadə edə bilir. Yadımıza 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktını salsaq, görəcəyik ki, ermənilər öz siyasi məqsədlərinə çatmaq üçün daxillərində də bu iyrənc əməllərinə əl ata bilərlər”.
Erməni terror təşkilatlarının Avropada da sabitliyi pozduqlarını deyən Fərhad Məmmədov onların bu regionlar üçün təhlükəli olduğunu da vurğulayıb:
“Son illərdə Suriyaya baxdıqda görəcəksiz ki, ermənilərin əsas hədəfi bu terror qruplarından istifadə edib dünyada, bölgədə çaxnaşma yaratmaqdır.ASALA haqqında ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinin hesabatında məxsusi qeydlər var. O hesabatlarda ermənilərin ABŞ və Avropa ölkələrində Türkiyə diplomatlarına qarşı törətdikləri qətliamlar yer alır."
"Bu da istər-istəməz Avropa üçün ciddi təhdidlər yaradır. Mənim fikrimcə, ermənilər nəinki regionda, onlar bütün dünyada təhlükə daşıyıcılarıdır”.
Vüsalə Balayeva, Bizim.Media