2024-cü il martın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) arasında “Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik Protokolu” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Öhdəlik Protokolu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Öhdəlik Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Gənclər Forumuna bildiriş göndərməlidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:53 / 25.05.2024
“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol TƏSDİQLƏNİB
Hazırda oxunan: “Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol TƏSDİQLƏNİB
Hazırda oxunan: “Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol TƏSDİQLƏNİB
194027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.