Putindən TƏBRİK MƏKTUBU: “Azərbaycan dünya arenasında layiqli nüfuza malikdir”

Putindən TƏBRİK MƏKTUBU: “Azərbaycan dünya arenasında layiqli nüfuza malikdir”

Hazırda oxunan: Putindən TƏBRİK MƏKTUBU: “Azərbaycan dünya arenasında layiqli nüfuza malikdir”

193955

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycan sosial-iqtisadi inkişaf istiqamətində hamı tərəfindən qəbul edilən uğurlar qazanıb, dünya arenasında layiqli nüfuza malikdir və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal iştirak edir.

Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO