“Tərtər işi”nin başında Nəcməddin Sadıkov durub – İDDİA

“Tərtər işi”nin başında Nəcməddin Sadıkov durub – İDDİA

Hazırda oxunan: “Tərtər işi”nin başında Nəcməddin Sadıkov durub – İDDİA

19389

“Tərtər işi” ilə bağlı qalmaqal səngimir. Bəzi “fəal”lar boş fərziyələr, təkrar ittiham və iddialarla hələ də məsələni gündəmdə saxlamaqda davam edirlər. Onlara cavab olaraq isə qarşılıqlı çıxışlar və mülahizələr çoxalır. 

Maraqlıdır ki, 4 il sonra məsələ niyə bu qədər aktullaşdırılır?  

İqtiqlalçı deputat, siyasi fəal Cümşüd Nuriyev Bizim.Media-ya bu barədə fikirlərini bölüşüb. O, deyib ki, əslində “Tərtər işi” 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı zəfərdən sonra gündəmə gəlib və Ordunu gözdən salmağa hesablanıb:
 


MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin şahidi danışdı: “Bunun yenidən gündəmə gətirilməsində maraqlı qüvvələr var” - VİDEO 


“Tərtər hadisələri Azərbaycan əsgərində belə bir fikir formalaşdırmışdı ki, “sən erməniyə qalib gələ bilməzsən”. Tərtər hadisəsi təkcə cinayət nöqteyi-nəzərdən araşdırılmamalıdır. Bu, gənclərimizin, xüsusilə əsgərlərimizin psixoloji durumu ilə bağlı olan bir məsələdir.

Çünki bu hadisələrdə həm xəyanət, həm işgəncə, həm yalan, həm möhtəkirlik, həm də alver var. Bunların hamısının bir arada olması çox təhlükəli bir meyldir. 

“Tərtər” hadisələri ilə bağlı məsələnin gündəmə gəlməsi Ali Baş Komandanın mövqeyi ilə bağlıdır. O, özü göstərdi ki, nə qədər əsgərlərə yaxındır və onların qayğısına qalır. Həmin qayğıdan doğan inam bu məsələni gündəmə gətirməyə məcbur elədi.

Düzdür, burada Azərbaycan mediayasının da rolu oldu. Siyasətçilərimiz və bir neçə partiya sədri məsələnin üzərinə getdi. Amma yenə də məlum oldu ki, elə bunların başında Nəcməddin Sadıkov durub.

Əslində Nəcməddin Sadıkov bunu edə bilər... Çalışırdılar ki, Azərbaycan Ordusunda milli ruhu öldürsünlər. Bütün bunların fonunda da tədbirlərini həyata keçirirdilər və cəhd edirdilər ki, Azərbaycan Ordusunu sındırsınlar”.  
 

Cümşüd Nuriyev “Tərtər işi”ndə hərbu qulluqçuları döyənlər arasında Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərovun və digərlərinin adlarının hallanması və birbaşa ittiham olunması məsələsinə də münasibət bildirib:


“Bu adamların işi araşdırılmalı və təqsirləri subut olunacağı təqdirdə həbs olunmalıdırlar. Bunun biri yalan danışar, ikisi yalan danışar, bu qədər kütləvi yalan ola bilməz”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO