Qərb mətbuatının iddiasına görə Rusiya yeni qismən səfərbərlik elan etməklə hücum əməliyyatlarını genişləndirməyə hazırlaşır. "Financial Times"ın məlumatına görə, Rusiyada qismən səfərbərlik 2024-cü ilin sonunda elan edilə bilər.
Nəşrin Rusiya Silahlı Qüvvələri rəhbərliyinə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, üstünlüyünü qorumaq üçün Moskva yeni yol axtarmalı olacaq.
Həmin iddiada deyilir ki, bu ilin sonu və ya 2025-ci ilin əvvəlində “yeni qismən səfərbərlik qaçılmaz olacaq.
Aydın məsələdir ki, yeni səfərbərlik olacağı təqdirdə Rusiya cəbhədə daha böyük üstünlük əldə etmək imkanı qazanacaq. Ən azından bu fonda canlı qüvvə baxımından Rusiyanın mövcud imkanları daha da artacaq. Belə vəziyyətdə isə Ukraynanın mövqeyi daha da zəifləyə bilər.
Görəsən, Rusiyada yeni qismən səfərbərlik fonunda Ukrayna daha hansı ərazilərini itirə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Rusiyanın yeni səfərbərliyi fonunda Ukrayna Nikolayev və Xarkov vilayətlərini də itirə bilər:
“Hazırda diqqəti çəkən məqam Rusiyanın canlı qüvvənin sayını artırmaq və texnoloji imkanlarını səfərbər etməklə bir neçə istiqamətdə hərbi əməliyyatların miqyasını genişləndirməsidir. Təxminən 100 km məsafədə cəbhə xətti böyüyüb. Daha əvvəllər Ukraynanın şimal-şərq istiqamətində müharibə getmirdisə, artıq Rusiyanın Bryansk istiqamətindən Xarkov vilayətinə doğru hərbi əməliyyatları genişləndirdiyini görürük.
Bütün bunlar Rusiyanı məcbur edir ki, qarşıdakı dövrdə şəxsi heyətin sayının artırılması üçün yeni qismən səfərbərlik həyata keçirsin”.
Həmsöhbətimiz deyir ki, bu isə 200 mindən artıq yeni canlı qüvvənin hərbi xidmətə cəlb olunması demək olacaq:
“Görünən odur ki, Rusiya Xarkov, Donetsk və Xerson istiqamətində müharibənin miqyasını artırmağı qarşıya məqsəd qoyub. Nəticədə xüsusi əməliyyat adlandırılan savaş real müharibə fazasına keçəcək. Rusiya iri miqyaslı müharibə başlayarsa, Ukrayna Xersondan qərbdəki Nikolayev vilayəti və Xarkov da itirə bilər. Xarkovun ələ keçirilməsi Rusiya ordusunun Luqansk və Donetsk istiqamətindəki mövqelərini də gücləndirə bilər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:20 / 25.05.2024
Rusiya yeni səfərbərliyə HAZIRLAŞIR – “Ukrayna bu ərazilərini də itirə bilər”
Hazırda oxunan: Rusiya yeni səfərbərliyə HAZIRLAŞIR – “Ukrayna bu ərazilərini də itirə bilər”
Hazırda oxunan: Rusiya yeni səfərbərliyə HAZIRLAŞIR – “Ukrayna bu ərazilərini də itirə bilər”
193851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.