Xuxaşvilidən XƏBƏRDARLIQ: “Gürcüstanı Qərblə ciddi qarşıdurma gözləyir” – ÖZƏL 

Xuxaşvilidən XƏBƏRDARLIQ: “Gürcüstanı Qərblə ciddi qarşıdurma gözləyir” – ÖZƏL 

Hazırda oxunan: Xuxaşvilidən XƏBƏRDARLIQ: “Gürcüstanı Qərblə ciddi qarşıdurma gözləyir” – ÖZƏL 

193783

Gürcüstanda gərginlik davam edir. Belə ki, hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının təşəbbüsü ilə “Xarici təsirin şəffaflığı haqqında” qanunun parlamentdə qəbulundan sonra ölkədə qarşıdurma yaranıb. 

Bu günlərdə Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze xarici agentlər haqqında qanun layihəsinin qəbulu ilə bağlı hökumətlə gənclər arasında dialoq təşəbbüsü ilə çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb qisas planını AKTİVLƏŞDİRİR – Gürcüstanı bu dəfə hansı aqibət GÖZLƏYİR?


O etiraz aksiyalarında iştirak edən gənclərlə müzakirə aparmağa hazır olduğunu deyib:

“Düşünürəm ki, emosiyaların səngiməsi fonunda qanunla bağlı sağlam müzakirələr aparmaq üçün daha yaxşı fürsət var. “Şəffaflıq haqqında” qanun ətrafında ictimai müzakirə aparacaq, nüfuzlu ekspert hesab etdiyiniz iki-üç yaşlı adamı da siz müzakirəyə cəlb edə bilərsiniz”.

Lakin, baş nazirin təşəbbüsü cavabsız qalıb. 

Bəs hadisələrin sonrakı inkişafı nə vəd edir?

Suala gürcü politoloq Gia Xuxaşvili aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında hadisələrin inkişafı ilə bağlı narahatlığını dilə gətirib:

“Vəziyyətin daha da gərginləşməsini gözləyirəm. Hakimiyyət təkcə müxalifət və vətəndaş cəmiyyəti ilə deyil, bütün Qərb dünyası ilə qarşıdurmaya girdi. İndi sanksiya siyasətinin başlanması gözlənilir ki, bu da vəziyyəti daha da gərginləşdirəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO