Azərbaycanın Ermənistana qoyacağı QADAĞA - kiçik, amma vacib nüans

Azərbaycanın Ermənistana qoyacağı QADAĞA - kiçik, amma vacib nüans

Hazırda oxunan: Azərbaycanın Ermənistana qoyacağı QADAĞA - kiçik, amma vacib nüans

19366

“Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq”

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayılda hərbi hissənin açılışı zamanı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Minalanmış ərazilərimizin xəritəsini istəyirik! - Avropada aksiya


Ölkə başçısının bu xəbərdarlığının arxasında nələrin gizləndiyini öyrənmək üçün politoloq Fikrət Sadıxovla əlaqə saxladıq.

O bildirdi ki, dövlət başçısının erməni tərəfə verdiyi sonuncu xəbərdarlıq bir sıra revanşist qüvvələri ayıldar:

“Biz böyük bir qələbə qazanmışıq. Uğurlu zəfərlə öz torpaqlarımızı azad etmişik. Əgər Ermənistanda kimsə düşünürsə ki, bu torpaqları yenidən işğal edib sahib çıxacaqlar, bu, xülyadır, fantaziyadır və tam mənada cəfəng bir fikirlərdir. 

Həqiqətən, hər bir ölkənin sərhədi onun dövlət simvollarından biridir. Və bu rəmzlərə, sərhədlərə göz dikməyə, təxribatlarla məşğul olmağa, ərazi iddiaları ilə çıxış etməyə Azərbaycan heç bir dövlətə, ilk növbədə də Ermənistana icazə verməyəcək”.
 

Politoloqun fikirlərinə onu da əlavə etmək olar ki, 30 illik işğal dövründə Ermənistanın regionda iqtisadi inteqrasiya imkanları məhz Azərbaycanın qadağası nəticəsində 70-80 faizə qədər minumumlaşdırılıb.


Əgər revanşist iddialar yenə davam edərsə, bu məhdudiyyət aradan qalxmamaqla bərabər Azərbaycanın indiki güc reallıqları nəticəsində daha da arta bilər. Müasir iqtisadi reallıqlar və çağırışlar isə heç bir dövlətin blokada şəraitində, sanksiyalar altında uzun müddət tab gətirməsinə imkan vermir. Ermənistan isə 30 illik dərsdən nəticə çıxarmalıdır.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO