Azərbaycan-Tacikistan sənədləri imzalandı - FOTO/VİDEO

Azərbaycan-Tacikistan sənədləri imzalandı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan-Tacikistan sənədləri imzalandı - FOTO/VİDEO

193643

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Kabir Şerali “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və Tacikistan Respublikası Hökuməti yanında İcra Xidmətinin rəisi Barno Saidvalizoda “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Baxodur Şeralizoda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Tacikistanın daxili işlər naziri Ramazon Raximzoda “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”i imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Tacikistanın xarici işlər naziri Muxriddin Sirodjiddin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
 







Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO