ABŞ Konqresinin Nümayəndələr Palatasının 65 üzvündən ibarət iki partiyalı qrup Ermənistan məsələləri üzrə Komitəyə qatılaraq İrəvana 100 milyon dollar maliyyə yardımının verilməsi və Azərbaycana yardımların dayandırılması çağırışını ediblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı “Ay data” Amerika komitəsinin mətbuat xidmətinə istinadən yayıb.
ABŞ Konqresmenləri Nümayəndələr Palatasının Beynəlxalq Əməliyyatlar üzrə Alt Komitəsinin sədri Barbara Liyə və baş üzv Hel Rogersə bir məktub göndəriblər.
MÖVZU İLƏ BAĞLI:
Konqresmen peyvənddən sonra koronavirusa yoluxdu
Konqresmenlər Frank Pallone, Jackie Speyer və Adam Schiffin məktubunda qeyd olunur:
“2022-ci ildə Ermənistana və Qarabağa yardım insanlar üçün ən etibarlı gələcəyin təmin edilməsi, demokratiyanın təşviqi, davamlı iqtisadi inkişafın bərpası və koronavirusa qarşı mübarizədə dəstək olmaq üçün çox vacibdir”
Məktubda konqresmenlər Dağlıq Qarabağdakı silahların məhv edilməsi proqramı üçün 2 milyon dollar ayrılmasını istəyiblər.
Bundan əlavə, məktubda ABŞ-ın Azərbaycana etdiyi təhlükəsizlik yardımının bloklanması çağırışı da yer alır. Səbəb kimi isə rəsmi Bakıdan Ermənistana və Qarabağa hücumlarını dayandırmaq tələbidir.
Bizim.Media