Ərdoğanla İlham Əliyev nə planlaşdırır? - Telefon danışığının PƏRDƏARXASI

Ərdoğanla İlham Əliyev nə planlaşdırır? - Telefon danışığının PƏRDƏARXASI

Hazırda oxunan: Ərdoğanla İlham Əliyev nə planlaşdırır? - Telefon danışığının PƏRDƏARXASI

19303

“Azərbaycan və Türkiyə liderləri soyqırım iddiası ilə çıxış edən və bunu təsdiqləyən Baydenin əcdadlarının Amerika qitəsini işğal edərkən yerli aborigen əhali olan hindulara qarşı törətdiyi vəhşiliklərdən bəhs edəcəklər. Bu amansızlıqların nəticəsində 70 milyon insan ABŞ ərazisində, 30 milyon da Kanadada koloniyaçı, müstəmləkəçilərin vəhşi hərəkətlərindən sonra həlak olub. Elə olub ki, hinduların dəstələrinə artilleriyadan yaylım atəşləri açmaqla birdən-birə minlərlə adamı qətlə yetirirdilər”.
 

MÖVZU İLƏ BAĞLI:

Əliyev və  Ərdoğan arasında telefon danışığı - Baydenin "erməni soyqırımı" ifadəsi qınanıldı


Bu sözləri Bizim.Media ilə dialoq zamanı açıqlayan və Türkiyə liderinin Azərbaycan Prezidenti ilə telefon danışığını şərh edən politoloq Qabil Hüseynli dilə gətirdi.

Onun sözlərinə görə, Rəcəb Tayyip Ərdoğan “Qardaşım İlham Əliyevlə telefon danışığımız oldu, önümüzdəki günlərdə atacağımız addımları konkretləşdirəcəyik” sözlərini açıqlayarkən bu faktları nəzərdə tutub. 

Qabil Hüseynlinin fikrincə, ABŞ və Fransa kimi demokratiya və ədalətdən dəm vuran ölkələrin törətdiyi cinayətləri açıb-ağartmaq lazımdır. Çünki...

“ABŞ apatridin (ölkədə vətəndaşlığı olmayan şəxslər) banisidir. Onlar Afrikadan zənciləri qandallayıb (əl-ayaq) gəmi anbarları ilə Amerikaya gətirərək orada kölə kimi istismar edirdilər. İşlərindən narazı qaldıqda isə, qaradərililərin başına güllə sıxırdılar. Ku-Kluks Klanlar var idi (bəyaz millətçilik təşkilatı). İrqi əlamətlərinə görə ABŞ-da (Florida) insanlara fərq qoyulması 1954-cü ilə qədər davam edib”.


Qeyd edək ki, “Ku-Kluks Klan” təşkilatının fəaliyyəti 1865-1870, 1915-1944 və 1946-cı ildən bu günə qədər 3 mərhələyə bölünür.

Birinci mərhələdə təşkilatın 500 min, ikinci etapda isə 6 milyonacan üzvü olub. Hazırda ABŞ-da 8 mindən çox insan bu ideologiyaya xidmət edir. Klan üzvləri “bəyaz millətçiliyi” təbliğ edir və digər irqlərə aid insanları qətlə yetirirdilər. 

Politoloq fikirlərinin ardı olaraq bildirdi ki, “Tarixin bu qapılarını açanda görürsən ki, Amerika nə demokratiya, nə insan haqları, nə də liberal cəmiyyətə sahib olub. Bunlar hamısı boş söhbətlərdir. Vaşinqtonun maraqları var və bu hədəfləri reallaşdırmaq uğrunda Ağ Evlə kim bərabər addımlayırsa, həmin ölkəni tərifləyir. Kimsə Birləşmiş Ştatların addımlarının əleyhinə çıxırsa, təhlükəyə çevrilir”.

Qabil Hüseynli sonda qeyd etdi ki, məncə, İlham Əliyev və Ərdoğan Türk Dünyasını birləşdirmək istiqamətində, türk dövlətlərinin birgə gücünün ortaya qoyulması ilə əlaqədar çox yaxında konkret addımlar atılacaqlar.

“Sössüz ki, Amerikanın islamafob, türkəfob addımlarına qarşı adekvat cavab tədbirləri görüləcək”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO