Latviya Parlamentinin sədri: Axır ki, Qarabağda sülh bərqərar oldu

Latviya Parlamentinin sədri: Axır ki, Qarabağda sülh bərqərar oldu

Hazırda oxunan: Latviya Parlamentinin sədri: Axır ki, Qarabağda sülh bərqərar oldu

192905

“İlk olaraq demək istəyirəm ki, bu region çox gözəldir. Bu ərazilər həqiqətən də möhtəşəmdir. Axır ki, Qarabağda sülh bərqərar oldu. Azərbaycan hökuməti bu regionda bir çox quruculuq işləri görür. Qarabağa çoxlu vəsait yatırılıb. Biz öz gözlərimizlə bunun şahidi olduq. Burada yeni infrastruktur qurulub, yeni yollar salınıb, hətta yeni hava limanının (Füzuli Beynəlxalq Hava Limanı nəzərdə tutulur – red.) da tikintisi tamamlanıb. Bütün bunlar çox qısa zamanda yerinə yetirilib”.

Bizim.Media xəbər verir ki, bu sözləri juranlistlərə Şuşada səfərdə olan Latviya Parlamentinin sədri Daiga Mierina bildirib.

Onun sözlərinə görə, bütün bunlara şahidlik etmək çox sevindiricidir.

“Düşünürəm ki, bizim iş adamlarımız da buradakı quruculuq və bərpa işlərinə qoşula bilər. Bütün bunlar üçün təbii ki, danışıqlar aparmaq lazımdır. Burada bir çox fürsət var və bizim bu sahədə əməkdaşlığımız üçün böyük potensialı mövcuddur. Bizim ölkələrimiz arasında yüksək texnologiya sahəsində də əməkdaşlıq üçün böyük potensial var”, - deyə Latviya Parlamentinin sədri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO