“Ermənistan və Azərbaycan arasında silahlı münaqişəyə son qoyuldu. 2023-cü ilin sentyabrında isə Azərbaycan ərazilərinin tam reinteqrasiyası və münaqişənin birdəfəlik aradan qaldırılmasını təmin etdi. Bununla da Sovet İttifaqının dağılmasından bu yana dondurulmuş münaqişə öz ədalətli həllini tapdı”.
Bizim.Media xəbər verir ki, bu sətirlər İspaniyanın populyar “La Razón” qəzetində dərc olunan “Sülhdən sonra” başlıqlı yazıdan götürülüb.
Məqalədə daha sonra deyilir:
“İndi hər iki ölkə arasında birgə bəyannamənin dərcindən və hər iki dövlətin nümayəndələrinin 2024-cü ildə Berlin və Münhendə keçirdiyi görüşlərdən sonra belə görünür ki, sülh müqaviləsinin imzalanması realdır.
Lakin döyüş əməliyyatları başa çatsa da, Azərbaycan xalqı üçün çətinliklər qalır. Bu da əsasən minalarla bağlıdır.
Tank və piyada əleyhinə minalar hər gün can alır. Bu minalar təkcə insanların fiziki təhlükəsizliyi üçün deyil, həm də icmaların sosial-iqtisadi strukturu üçün dağıdıcı təhlükə yaradır. Təəssüflə qeyd etməliyik ki, hər il dünyada 5 mindən 20 minədək insan minaların partlaması səbəbindən həlak olur və ya yaralanır. Ən pisi də odur ki, zərər görənlərin əksəriyyəti mülki şəxslər, yarısı isə uşaqlardır.
Minalar nəticəsində yaranan xəsarətlər çox vaxt amputasiyalarla nəticələnir. Uzunmüddətli qayğı və reabilitasiya tələb olunur. Bu da yerli səhiyyə sistemlərinə əlavə yük olur. Bundan əlavə, minaların daimi qorxusu gündəlik fəaliyyətləri məhdudlaşdırır. Su və əkin sahələri kimi əsas resurslara çıxışı məhdudlaşdırır. Beləcə, insanları kiçik məkanlarda yaşamağa məcbur edir, onların hərəkət azadlığını və normal yaşayışını məhdudlaşdırır”.
Qəzet daha sonra qeyd edir ki, iqtisadi nöqteyi-nəzərdən minalar inkişafı əngəlləyir:
“Çünki kənd təsərrüfatı torpaqları təmizlənənə qədər yararsız hala düşür. Bu, onilliklər boyu çəkə bilər. Təbii ehtiyatlara və potensial turizm zonalarına çıxışın olmaması münaqişələrdən sonra regionların bərpası üçün mühüm əhəmiyyət kəsb edən xarici investisiyalar üçün cəlbediciliyin azalmasına gətirib çıxarır.
Mədəni səviyyədə minalar dini hüquqların ifadə edilməsinə və mədəniyyətin nəsillər arasında ötürülməsinə də mane olur. Məsələn, Azərbaycanda Ağdaban qəbiristanlığının minalanması əhalinin dini ayinləri icra etməsinə ciddi maneələr yaradan acınacaqlı bir taktikadır. Bundan əlavə, öz yurdlarına qayıdan məcburi köçkünlər öz mədəniyyətlərini təhlükəsiz şəkildə inkişaf etdirməyi qeyri-mümkün edən etibarsızlıq və qorxu mühiti ilə qarşılaşırlar”.
Nəşr sonda yazır ki, Azərbaycan mina bəlasına qarşı demək olar ki, təkbaşına mübarizə aparır:
“Qərb şirkətləri xidmətlərinə görə Azərbaycandan çoxlu pul istəyirlər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:18 / 18.05.2024
İspaniya KİV: “Qarabağdakı minalar hələ də Azərbaycan üçün çətinliklər yaradır”
Hazırda oxunan: İspaniya KİV: “Qarabağdakı minalar hələ də Azərbaycan üçün çətinliklər yaradır”
Hazırda oxunan: İspaniya KİV: “Qarabağdakı minalar hələ də Azərbaycan üçün çətinliklər yaradır”
192709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.