Fransalı politoloq: “Paris Yeni Kaledoniyadakı uğursuzluğunu Bakını günahlandırmaqla gizlətməyə çalışır” – ÖZƏL 

Fransalı politoloq: “Paris Yeni Kaledoniyadakı uğursuzluğunu Bakını günahlandırmaqla gizlətməyə çalışır” – ÖZƏL 

Hazırda oxunan: Fransalı politoloq: “Paris Yeni Kaledoniyadakı uğursuzluğunu Bakını günahlandırmaqla gizlətməyə çalışır” – ÖZƏL 

192512

Fransanın daxili işlər naziri Gerald Darmanın Azərbaycanın Fransanın daxili işlərinə qarışdığını bildirib. O qeyd edib ki, “bəzi müstəqillik liderləri (Yeni Kaledoniyadan) Azərbaycanla razılığa gəliblər”.

Fransanın Azərbaycana qarşı reallıqdan uzaq münasibəti son illər özünü daha da qabarıq göstərir. Lakin Azərbaycan Fransanın Bakıya qarşı münasibətini 30 ildən artıqdır ki, yaxşı anlayır və regionla bağlı məkrli planlarını da mütəmadi ifşa edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransa “demokratiya”sının ƏSL SİMASI – Yeni Kaledoniya xalqı soyqırımı təhlükəsi ilə ÜZ-ÜZƏ 


Bu dəfə daxili işlər nazirinin növbəti qarayaxma kampaniyası da Parisin Azərbaycanın yaratdığı yeni reallıqlara məğlub olduğunu göstərir. 

Bunu fransalı siyasilər də təsdiqləyir.

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru, politoloq Jan Mişel Brun Bakının neokolonializm siyasətindən əziyyət çəkən, müstəmləkə şəraitində yaşayan insanlar üçün forum təşkil etməsinin Fransa tərəfindən birmənalı qarşılanmadığını qeyd edib:

“Mən Bakı Təşəbbüs Qrupunun aprelin 30-da Vyanada keçirilən konfransında iştirak etdim. Əlbəttə, Bakı Təşəbbüs Qrupu müstəmləkə və ya neokolonial rejim altında yaşayan insanlara beynəlxalq forum təklif edir. Unutmayın ki, Yeni Kaledoniya, Fransız Polineziyası kimi, Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəmləkə rejimi altında yaşayan 17 ərazidən biridir. 

Bəs belə olduqda, BMT-nin Yeni Kaledoniyadakı proseslərə müdaxilədə günahkar olduğunu düşünə bilərikmi? Bundan əlavə, BMT Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan qətnaməni imzalasa da, erməni separatçılarını dəstəkləyən bir ölkə (Fransa) üçün indi müdaxilədən danışmaq, ən azı, qeyri-adi sinizmdir”, - deyə politoloq bildirib.

“Azərbaycana qarşı məkrli fikirlər daxildəki proseslərlə bağlıdır”

Jan Mişel Brun Fransanın daxili işlər nazirinin səriştəsiz fəaliyyətinə don geyindirmək istədiyi üçün Bakını ittiam etdiyini vurğulayıb:
“Daxili işlər nazirinin bir vərdişi var: öz məsuliyyətini yüngülləşdirmək üçün günahkarları başqa yerdə tapmaq. Yeni Kaledoniya məsələsində Gerald Darman müstəmləkə hökmranlığı altında yaşayan insanlara səs verən Bakı Təşəbbüs Qrupunun yaradılmasını günahkar göstərdi. 

Azərbaycana qarşı bu hücumlara həm də xaricdə Türkiyə və Azərbaycan kimi ölkələri hədəf alan islamofobiya kontekstindən baxmalıyıq. Fransa hökuməti dözülməz vəziyyətə düşsə belə, Azərbaycana qarşı addımlarına davam edir. Məsələn, iki Qafqaz ölkəsi sülh danışıqlarına başladıqdan sonra Fransa artıq Ermənistana deyil, Qarabağın erməni separatçılarına dəstək verir. Azərbaycanı Yeni Kaledoniyadakı proseslərə müdaxilədə ittiham etmək də diqqəti yayındırmaq üsuludur”.

“Makron məğlub olsa, münasibətlər normallaşa bilər”

Makronun Bakıya qarşı münasibətində Qərb izinin olduğunu deyən politoloq, Makronun seçkilərdə məğlubiyyəti ilə münasibətlərin yenidən normallaşacağına ümüd etdiyini deyib:
“Problem ondadır ki, Emmanuel Makron amerikalı mentorlarının qərarlarını kor-koranə yerinə yetirməkdən başqa heç nə bilmir. Onun görmə qabiliyyəti yoxdur, heç bir kursa getmir. Əgər Amerikanın Qafqazla bağlı siyasəti dəyişsə, Emmanuel Makron dönüb yenidən Azərbaycanla dost olmağa çalışsa, təəccüblənmərəm. 

Hökumət indiyə qədər hər şeydən əvvəl Fransadakı güclü erməni elektoratını özündən uzaqlaşdırmamağa çalışırdı. Lakin Makronun mandatı onun yenidən seçilməsinə imkan vermədən başa çatacaq və Avropa seçkiləri istənilən halda onun partiyası üçün fiasko olacaq”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO