İranın Türkiyəyə xəyanəti - Tehran Baydenin “soyqırım” sözünə niyə susdu?

İranın Türkiyəyə xəyanəti - Tehran Baydenin “soyqırım” sözünə niyə susdu?

Hazırda oxunan: İranın Türkiyəyə xəyanəti - Tehran Baydenin “soyqırım” sözünə niyə susdu?

19245

İran mətbuatı Baydeni tənqid edir, rəsmi Tehran isə susur

“Qondarma soyqırımla bağlı 30-dan çox ölkənin parlamentləri qərar qəbul edib. Hadisələri soyqırım kimi tanıyırlar. İran parlamenti də məsələyə münasibət bildirib. Amma çox birtərəfli yanaşırlar”deyən politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında həm də diqqətə çatdırıb ki, “soyqırım”la bağlı heç bir hüquqi sənəd yoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın erməni SEVGİSİ - Tehranda qondarma soyqırıma həsr edilən mərasim keçirildi - VİDEO


Ermənilərin baş keşişi Nerses kilsədə dua edirdi ki, türklər qalib gəlsinlər

Tarixi arxiv məlumatlarının mövcud olduğunu bildirən Tofiq Abbasov həmin sənədlərdə “soyqırım”ın olmadığı barədə infirmasiyanın yer aldığını qeyd edib: 

“Çünki 24 (1915) aprel hansı gündür? Bu o gündür ki, Osmanlı hökuməti artıq Şərqi Anadoluda vəziyyətin gərgin olması ilə bağlı görür ki, separatçılıq baş qaldırır, ermənilər silahlarını Osmanlı ordusuna qarşı çevirirlər.

Həmin vaxtda İstanbulda ermənilərin baş keşişi Nerses kilsədə mərasim keçirir və Osmanlı dövləti, onun ordusunun dualarını edir ki, türklər qalib gəlsinlər. 

Faktiki olaraq biz burda riyakarlığın üzünü görürük. Yəni, ermənilərin üzdə olan xadimləri, hətta erməni nazirlər var idi ki, onlar bu məsələ ilə bağlı Osmanlı hökumətinin tərəfində oldular.

Amma Türkiyədə sıx yaşayan erməni əhalisi separatçılığa qalxaraq Rusiya qoşununa köməyə getdi və öz yaşadıqları ölkəyə qarşı silah çevirdilər”. 

Ermənilərə şəhid sözü düşmür

Tofqi Abbasov bildirib ki, qondarma soyqırımla bağlı 30-dan çox ölkənin parlamentləri qərar qəbul edib. İran parlamenti də məsələyə münasibət bildirib:

“Farslar hadisələri soyqırım kimi tanıyırlar. Amma çox birtərəfli yanaşırlar. Həmin dövrdə Türkiyə və Azərbaycanda milyonlarla insan erməni quldurları tərəfindən qətlə yetirilib, şəhid olub."

"Ermənilərə şəhid sözü düşmür. Belə ki, onlar çirkin əməllərlə məşğul idilər. Ermənilər satqınçılıq edirdilər. Dövlətin keşiyində duranlar isə şəhid oldular”. 

Politoloq İran hökumətinin bu məsələyə rəsmən münasibət bildirməməsini təəssüflə xatırladıb. Türkiyənin İrana qarşı son dövürlərdəki basqılar, sanksiyalar zamanı sərgilədiyi qardaşlığın qarşısında bu cür davranış başa düşülən deyil. O, bildirib ki, eyni sözləri İran məbuatı haqqında söyləmək olmaz:

“İran mətbuatı Cozef Baydenin ermənilərlə bağlı genosid ifadəsinə mənfi münasibət bildirdi. Bir yandan İran mediası Cozef Baydeni tənqid edir ki, onlar Türkiyənin imicini ləkələməklə məşğuldurlar. Digər tərəfdən də Baydenin qondarma “soyqırım” sözlərinə rəsmən reaksiya verilmir. Burada məntiq acizdir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO