XİN Azərbaycana verilən Çin vaksini ilə bağlı məlumat yaydı - FOTO

XİN Azərbaycana verilən Çin vaksini ilə bağlı məlumat yaydı - FOTO

Hazırda oxunan: XİN Azərbaycana verilən Çin vaksini ilə bağlı məlumat yaydı - FOTO

19242

Bu gün Azərbaycan Səhiyyə Nazirliyində Çin tərəfindən Azərbaycana təmənnasız olaraq “COVID-19” infeksiyası əleyhinə peyvəndin təqdim olunmasına həsr olunmuş təhvil-təslim Aktının imzalanma mərasimi keçirilib.

Bu barədə Bizim.Media-ya Xarci İŞlər Nazirliyindən məlumat verilib.

Tədbirdə AR Səhiyyə nazirinin müavini Viktor Qasımov, AR Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çinin fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-də növbəti İSLAHAT – Bir neçə səfir də geri çağırılacaq


Səfir Qo Min çıxışında ÇXR hökumətinin Azərbaycana təmənnasız olaraq “COVID-19” infeksiyası əleyhinə 150.000 doz peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü ifadə edib.

Səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda bir-birlərinə kömək etdiklərini, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.
 

XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev çıxışında Çin Hökuməti tərəfindən “COVİD-19” infeksiyası əleyhinə peyvəndin təmənnasız olaraq Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü ifadə edib.


Tədbirin sonunda Viktor Qasımov və səfir Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına “COVID-19” pandemiyası əleyhinə peyvəndlərin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları”nı imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO