Nobel mükafatı laureatı Bakıya gələcək - SƏBƏB

Nobel mükafatı laureatı Bakıya gələcək - SƏBƏB

Hazırda oxunan: Nobel mükafatı laureatı Bakıya gələcək - SƏBƏB

192361

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Səncər may ayının 30-da Azərbaycana gələcək.

Bizim.Media xəbər verir ki, bunu AMEA prezidenti akademik İsa Həbibbəyli deyib.

Məlumata görə, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Səncərə Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

Qeyd edilib ki, Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycana səfəri iyun ayının 6-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO