Azərbaycanın dostu Gürcüstan parlamentinin spikeri oldu - YENİLƏNİB

Azərbaycanın dostu Gürcüstan parlamentinin spikeri oldu - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycanın dostu Gürcüstan parlamentinin spikeri oldu - YENİLƏNİB

19232

Gürcüstan parlamenti artıq yeni sədrni seçib.

Bizim.Media xəbər verir ki, parlament çoxluğu 86 səslə spiker vəzifəsinə Kaxa Kuçavanı təsdiq edib.

Onu da qeyd edək ki, səsverənlər arasında 6 ay boykotdan sonra parlamentin işinə ilk dəfə qatılan müxalif deputatlar da olub.

Məhz onların sayəsində Kuçavanın lehinə səs verənlərin sayı 86 nəfər təşkil edib.

***

Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək.

Bizim.Media xəbər verir ki, parlament çoxluğu spiker vəzifəsinə Kaxa Kuçavanın namizədliyini irəli sürəcəyi gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan parlamentinin sədri istefa verdi


Keçmiş sədr Arçil Talakvadze isə vitse-spiker vəzifəsinə təsdiqlənməsi ehtimal olunur.

X çağırış qanunverici orqana sədr və onun müavininin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.

Qeyd edək ki, A.Talakvadze aprelin 24-də istefa verib. Onun müavini K.Kuçava qanunverici orqanda Azərbaycanla dostluq qrupuna da rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO