Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir - VİDEO

Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir - VİDEO

Hazırda oxunan: Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir - VİDEO

192273

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə rəsmi danışıqlar aparacaq.

İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə təşkil ediləcək.

Prezidentlər müxtəlif sahələrdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.
Qeyd edilib ki, danışıqlar nəticəsində ikitərəfli sənədlər paketi imzalanacaq.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO