General-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan sülhməramlı kontingentə uğurlar arzuladı

General-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan sülhməramlı kontingentə uğurlar arzuladı

Hazırda oxunan: General-polkovnik Kərim Vəliyev Qarabağdan çıxarılan sülhməramlı kontingentə uğurlar arzuladı

192239

Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.

Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış bəyanata əsasən Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş kontingentin fəaliyyəti haqqında danışıb. Baş Qərargah rəisi Azərbaycan Respublikasının və Rusiya Fedarasiyasının dövlət başçıları arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən çıxarılan sülhməramlı kontingentin bütün heyətinə sülhün və sabitliyin rifahı naminə xidmətlərinə görə minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov çıxış edib.

Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.

Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO