Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarından çıxarılması İrəvan tərəfinin xahişi ilə müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, mayın 8-də Rusiya və Ermənistan başçıları arasında keçirilən görüşlə bağlı çoxlu sayda spekulyasiya olduğunu deyib.
“Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr doğru deyil. Digər mənbələr iddia edirdi ki, sərhədçilərin geri çəkilməsi Bakı və İrəvan arasında üçüncü dövlətlərin nümayəndələrinin birgə sərhəddə yerləşdirilməməsinə dair razılaşmalar çərçivəsində həyata keçirilir. Bütün bunlar spekulyasiyadır. Reallıq nədir? Reallıq budur ki, Rusiya və Ermənistan liderləri arasında danışıqlar zamanı İrəvan tərəfinin xahişi ilə Ermənistanın Azərbaycanla həmsərhəd olan bir sıra rayonlarından Rusiya sərhədçilərinin əvvəllər verilmiş bir sıra tapşırıqların icrası ilə əlaqədar çıxarılması müzakirə edilib”, - deyə Zaxarova bildirib.
Bizim.Media
![Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi](https://bizim.media/file/articles/2024/05/15/1715771944_photo_5341289546727414797_x-1.jpg)
- A-
- A
- A+
Siyasət
15:14 / 15.05.2024
Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi
Hazırda oxunan: Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi
Hazırda oxunan: Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi
192222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12