“Niyə Türkiyənin birgə komissiyanın təşkili və o dövrün hadisələrini birlikdə araşdırmaq təklifini rədd edirlər?”
Bizim.Media "Interpress"ə istinadla xəbər verir ki, ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi ilə bağlı Azərbaycan Azəri–Türk Qadınlar Birliyi (ATQB) bəyanat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Pərdəarxasındakı "rus barmağı" - Tənzilə Rüstəmxanlı yazır
Bəyanatda deyilir:
“Erməni lobbiçilərinin yalançı təbliğatının qurbanı olan Co Baydenin “soyqırım” ifadəsindən istifadə etməsi ABŞ hökumətinin tarixi səhvidir. Co Baydendən öncəki prezidentlərə də erməni lobbisi təzyiqlər edirdi, ancaq heç bir ABŞ prezidenti bu səhvi etməmişdi.
ABŞ prezidenti bilməlli idi ki, əslində, tarixdə belə bir hadisə baş verməyib. Türkiyəyə siyasi maraqları naminə təzyiq etmək niyyəti ABŞ-a tarixi səhvə yol vermək haqqını tanımır. Hər bir ölkə rəhbəri istifadə etdiyi ifadələrə diqqətlə yanaşmalıdır.
Co Bayden tarixin saxtalaşdırılmasına “soyqırım” deyə bilirsə, o zaman prezidentlik etdiyi ABŞ-ın tarixinə də nəzər salmalıdır. ABŞ yerli aborgenlərin kütləvi şəkildə məhv edilməsi sayəsində qurulan bir dövlətdir. Saxta tarixi gündəmə gətirənlər o dövrün hadisələrinə diqqətlə baxmalıdırlar.
1918-ci ilin mart ayının sonlarında ermənilər Azərbaycanın müxtəlif bölgələrində qanlı soyqırımı törədiblər. Həmin hadisələr zamanı 500 mindən çox insan erməni vəhşətinin qurbanı olub.
Təsadüfi deyil ki, Azərbaycanda 31 mart rəsmi olaraq, Soyqırımı günü kimi qeyd edilir. Həmin hadisələr tarixi sənədlər və fotolarla öz təsdiqini tapıb. Niyə görə saxta tarixə “soyqırımı” deyə bilənlər, bu cür faktlara biganə qalırlar? Bunun özü dünyadakı ikili standartın bariz nümunəsidir.
Heç bir tarixi fakta əsaslanmayan iddialara “soyqırımı” adlandıranlar ermənilərin Xocalıda törətdiyi soyqırımını və o faciənin dəhşətlərini niyə görmürlər?
Xocalıda törədilən soyqırımına niyə tarixi və siyasi qiymət vermirlər? Bu ki uzaq tarix deyil. Bu, türkə və Türkiyəyə qarşı qərəz nümayişi, ikili standartla yanaşmadır. Əgər ermənilərə qarşı 1915-ci ildə soyqırımı törədilibsə, əllərində faktları, sübutları varsa, niyə Türkiyənin birgə komissiyanın təşkili və o dövrün hadisələrini birlikdə araşdırmaq təklifini rədd edirlər?
Ermənilər çox gözəl bilirlər ki, hadisələr tarixçilər tərəfindən araşdırılarsasa, onların qondarma “soyqırımıı” iddiaları puç olacaq. Ermənilər tarix boyu riyakar, dost görünüb, fürsət düşəndə dərhal arxadan zərbə endirən bir toplum olub.
Erməni tarixində saxta olmayan heç bir şey yoxdur. Əlində faktı, sübutu, iddiasını təsdiqləyə biləcək sənədləri olan millət araşdırma masasından boyun qaçırmaz.
Sadəcə olaraq, erməni lobbisinin gücü və bu gücü arxasına almaq istəyənlərin xisləti “erməni soyqırımı”nı Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməkdədir. Tarixi təsdiqini tapmayan bir hadisə siyasi müstəvidə müzakirə edilə bilməz! Biz ABŞ-ı və qondarma “soyqırımı”nı siyasi müstəviyə gətirənləri real hadisələrə qiymət verməyə çağırırıq!
Onları 1918-ci il 31 mart soyqırımını, Xocalı soyqırımını tanımağa dəvət edirik! Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir! Saxta iddialara siyasi qiymət vermək yolverilməzdir! Biz bu addımı qətiyyətlə pisləyirik. Türkiyənin haqq davasında daim yanında olacağımızı bəyan edirik”.
Bizim.Media