Lukaşenko: “Makrona kömək edə bilərəm”

Lukaşenko: “Makrona kömək edə bilərəm”

Hazırda oxunan: Lukaşenko: “Makrona kömək edə bilərəm”

1917

Belarusiya prezidenti Aleksandr Lukaşenko Fransa lideri Emmanuel Makrona müsəlmanlarla münasibətləri tənzimləməklə bağlı köməyini təklif edib.

Bu barədə xəbəri Belarusiyanın BELTA xəbər agentliyi yayıb.

“Biz heç vaxt Fransa prezidentinin söz azadlığı və dini hisslər barədə bəyanatlarını özümüzə rəva bilmərik... Müsəlmanları tənqid etmək və s. sənə ölkəndə nə verəcək? Bəlkə elə müsəlmanlarla onun arasında vasitəçiliyə ehtiyac var? Mən burada ona kömək edə bilərəm, çünki mənim müsəlmanlarla çox, çox yaxşı münasibətlərim var”, - deyə Lukaşenko bildirib. 

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron müsəlmanların Məhəmməd peyğəmbərin karikaturaları ilə bağlı hisslərini başa düşdüyünü demiş, bununla yanaşı, bu dərclərin arxasında Fransa hökumətinin yox, müstəqil medianın dayandığını əlavə etmişdi.

Daha əvvəl, 21 oktyabrda isə Makron Paris yaxınlığında karukatura olayına görə öldürülən müəllimin dəfn mərasimində Fransanın Məhəmməd peyğəmbərə aid karikaturalardan imtina etməyəcəyini bildirmişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO