Pakistanın Baş naziri COP29-a dəvət olunub - VİDEO

Pakistanın Baş naziri COP29-a dəvət olunub - VİDEO

Hazırda oxunan: Pakistanın Baş naziri COP29-a dəvət olunub - VİDEO

191473

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevi qəbul edib.

Bizim.Media xəbər verir ki, Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı dəvət məktubunu Baş naziri Məhəmməd Şahbaz Şərifə təqdim edib.

Baş nazir səmimi dəvətə görə Prezident İlham Əliyevə təşəkkürünü və bu il dünya liderlərinin ən mühüm toplantısı olan COP29-a ev sahibliyinə görə təbriklərini çatdırmağı xahiş edib. Baş nazir COP29-u səbirsizliklə gözlədiyini söyləyib.
Məhəmməd Şahbaz Şərif Pakistanın Pakistanın Azərbaycanı COP29-la bağlı hərtərəfli dəstəklədiyini vurğulayıb.

Muxtar Babayev COP29-a hazırlıq prosesində Azərbaycana göstərdiyi dəstəyə görə Baş nazirə minnətdarlığını bildirib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO