Prezident İlham Əliyev şuşalılara şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Prezident İlham Əliyev şuşalılara şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Hazırda oxunan: Prezident İlham Əliyev şuşalılara şəhərdəki tarixi abidələrin bərpasından danışıb

191432

Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində şəhərdəki tarixi abidələrin bərpasından danışıb.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bu gün Şirinsu hamamının əsaslı təmirdən sonra açıldığını bildirib.

Həmçinin Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu deyən Prezident qeyd edib:

“Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO