Elmar Məmmədyarovdan SÜLH ANONSU – “Almatıda pozitiv irəliləyiş ola bilər”

Elmar Məmmədyarovdan SÜLH ANONSU – “Almatıda pozitiv irəliləyiş ola bilər”

Hazırda oxunan: Elmar Məmmədyarovdan SÜLH ANONSU – “Almatıda pozitiv irəliləyiş ola bilər”

191394

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhin Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb. “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

Onu da qeyd edək ki, görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.

Onu da bildirək ki, Azərbaycanla Ermənistan arasında sərhəddə bəzi ərazilərin delimitasiyası istiqamətində razılaşmanın əldə olunması fonunda Almatı görüşünə böyük ümidlər bəslənilir.

Görəsən Almatı göüşündən hansı nəticə hasil olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov verilən açıqlamalara əsasən düşünür ki, görüşdə daha pozitiv irəliləyişlərə nail olunacaq: 

“Almatı görüşü fikrimcə, önəmli bir görüşdür. Ümumiyyətlə, hər görüşdə bir addımda olsa irəliləyiş ola bilər. Baxaq görək, nəticələr nə olacaq. İştirakçılar tərəfindən verilən açıqlamalardan belə başa düşürəm ki, daha pozitiv irəliləyişlərə nail ola bilərik. Söhbət ondan gedir ki, çərçivə sazişinin hər bəndi üzərində iş gedəcək. Razılığa gələ, bir addım irəliyə gedə bilsələr, yəqin ki, müsbət nəticələr əldə olunacaq. Əsas məsələ İrəvanda başlanan yürüşlərin nə ilə nəticələnməsilə bağlıdır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO