ABŞ Baydenin “bir kəlməsi”nə neçə milyard itirdi? – Müqayisəli AÇIQLAMA

ABŞ Baydenin “bir kəlməsi”nə neçə milyard itirdi? – Müqayisəli AÇIQLAMA

Hazırda oxunan: ABŞ Baydenin “bir kəlməsi”nə neçə milyard itirdi? – Müqayisəli AÇIQLAMA

19127

“Əvvəla onu qeyd edim ki, Cozef Bayden ABŞ prezidenti olduqdan sonra məhz onun qondarma erməni soyqırımını tanıyacağı proqnozlaşdırılırdı. Bu da təsadüfi deyil. Çünki Co Bayden bütün siyasi karyerası dövründə ermənipərəst mövqeyi ilə seçilib. Konqresdə erməni dostlar qrupunun ən fəal üzvlərindən biri olub. Və 1992-ci il oktyabr ayının 24-də Birləşmiş Ştatlar konqresinin Azadlığa Müdafiə Aktı çərçivəsində Azərbaycana qarşı tətbiq etdiyi bədnam 907-ci maddənin həmmüəlliflərindən də biri idi. 

Eyni zamanda, Cozef Bayden prezident seçkilərinə qatılarkən erməni lobbi və diasporası qarşısında verdiyi vədlərdən biri o idi ki, prezident seçiləcəyi təqdirdə qondarma erməni soyqırımını tanıyacaq.

Baydenin üzv olduğu Demokratlar partiyası da bu istiqamətdə fəallığı ilə seçilirdi. Co Baydenin də yaxından iştirakı ilə hələ 2019-cu ilin oktyabr ayının 29-da konqresin Nümayəndələr Palatası 629 nömrəli qətnamə qəbul etdi. Həmin qətnamə ilə 1915-1923-cü illərdə Osmanlı dövlətində baş verən hadisələrə soyqırım kimi qiymət verildi. Bundan sonra senatda da anoloji nəticəni əldə etməyə çalışdılar”.

Bu sözləri Bizim.Media ilə mövzu ətrafında dialoq zamanı millət vəkili Elman Nəsirov açıqladı və əlavə etdi ki, senatda respublikaçılar buna 3 dəfə mane ola bildi:

“Dördüncü cəhddə isə, daha dəqiq desək, 2019-cu ilin 12 dekabrında analoji sənəd senatda da qəbul edildi. Müəlliflər demokrat Menendes və respublikaçı senator Kruz idi. Bu sənədlərin qəbulunda isə Co Baydenin yaxından iştirakı və dəstəyi bəlli idi. Aprelin 23-də ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri etibarlı mənbələrə istinadən məlumat yaydı ki, Bayden ilə Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı olub. Artıq belə inoformasiya var idi ki, Bayden aprelin 24-dəki müraciətində “soyqırım” ifadəsini işlətməkdə israrlıdır.
 

Bu proqnozlar təsdiqini tapdı və Bayden belə bir addım atdı. Yeri gəlmişkən, ABŞ-ın 46-cı prezidenti Co Baydenə qədər heç bir Ağ Ev rəhbəri analoji addım atmayıb. Bu cür addımın atılması Vaşinqtonun strateji maraqlarına daban-dabana ziddir.


Türkiyə NATO-nun cənub qanadında ABŞ-ın ən yaxın müttəfiqidir. Belə bir strateji müttəfiqi ilə münasibətlərin korlanması nəticə etibarı ilə Ağ Ev üçün çox ciddi baş ağrılarına səbəb ola bilər. Eyni zamanda bu, Ankaranın xarici siyasət oriyentasiyasında ciddi dəyişiklikləri şərtləndirə bilər. Türkiyə-Rusiya, Türkiyə-Çin yaxınlaşmasını daha da aktuallaşdırar. Bununla yanaşı, iki dövlət (ABŞ-Türkiyə) arasındakı iqtisadi əlaqələr ciddi zərbə ala bilər”.

Bu əlaqələrdə inkişaf tempinin olduğunu xatırladan Elman Nəsirov faktlı müqayisə də gətirdi:
 

“2008-ci ildə iki dövlət arasında tcarət dövriyyəsi 5 milyard dollar idisə, 10 il sonra – 2018-ci ildə bu rəqəm 20 milyard dollara çatdı.


Hətta hər iki dövlətin qarşılıqlı razılaşmasına görə, bu göstəricini 5 dəfə artırmaq və ABŞ-Türkiyə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq hədəflənmişdi. Təbii ki, Birləşmiş Ştatların tarixi saxtakarlaşdırmaq qərarı, Türkiyəyə siyasi təzyiq göstərməklə bağlı olan bu davranış Vaşinqton-Ankara iqtisadi əlaqələrinə də çox ciddi zərbədir.  

Bundan ən çox uduzan tərəf isə ABŞ olacaq. Vaşinqtonla rəqabət mühitində olan ölkələr isə formalaşmış şəraitdən maksimum bəhrələnməyə çalışacaqlar”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO