Mark Libbi: “ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektoruna maraq göstərir” – FOTO 

Mark Libbi: “ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektoruna maraq göstərir” – FOTO 

Hazırda oxunan: Mark Libbi: “ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektoruna maraq göstərir” – FOTO 

191215

ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdə maraqlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Səfir Mark Libbi “Baker Hughes” şirkətinə baş çəkərək ölkə nümayəndəsi Zaur Allahverdizadə və digər rəhbər şəxsləri ilə görüşüb. ABŞ şirkəti və neft-qaz avadanlığı və xidmətlərinin əsas tədarükçüsü olan “Baker Hughes” Azərbaycan şirkətində 300-dən çox işçi çalışır və "SOCAR Upstream" ilə sıx əməkdaşlıq edir", - paylaşımda qeyd olunub.

Səfir “Baker Hughes”in "yaşıl enerji" təşəbbüsləri, müxtəliflik və inklüzivlik siyasəti haqqında məlumat əldə edib. M. Libby, "yaşıl enerji" üçün tənzimləyici çərçivənin vacibliyini qeyd edib və ABŞ şirkətlərinin Azərbaycanın bərpa olunan enerji sektoruna marağını vurğulayıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO