Prezident BMT-ni qınadı - “Azərbaycana gəldikdə qətnamələr icra edilmədi”

Prezident BMT-ni qınadı - “Azərbaycana gəldikdə qətnamələr icra edilmədi”

Hazırda oxunan: Prezident BMT-ni qınadı - “Azərbaycana gəldikdə qətnamələr icra edilmədi”

19111

“1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir”.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nın “Asiya və Sakin Okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77- ci sessiyasında  belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Vaksinlərin 53 faizi zəngin dövlətlər tərəfindən sifariş edilib” - İlham Əliyev


Azərbaycan Prezidenti bildirib ki, həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməyib:

“Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir.

Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO