NATO-nun Brüsseldəki mənzil qərargahında Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina rəsmi “X” hesabında məlumat verib.
"NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə etdik", - deyə Kolomina qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:36 / 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib - FOTO
Hazırda oxunan: Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib - FOTO
Hazırda oxunan: Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib - FOTO
190959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.